Sakura 4 aprel turniri

Bugün də Nə?Harada?Nə vaxt? üzrə Sakura turniri olacaq. Saat 18:00 yarış başalyır və 10 dəqiqə davam edir. Saat 18:10 sonra veriləcək suallar qəbul olunmayacaq. Hansı səhifədə yarışın keçiriləcəyi isə bu topikdə 17:50 sonra qeyd olunacaq. Suallar yenə də müxtəlif mövzulara aiddir və maraqlıdır:-)
Hamıya uğurlar.

Yarış xxx132x ünvanında olacaq.

Davamı →

Sakura-28 mart turniri

1. Vilhelm Rentgen,Vant-Qoff,Emil fon Berinq,Fransua Arman Prüdom...Məhz bu adamlar o siyahiya başçılıq edir. Hansı siyahıya?
Cavab: İlk Nobel mükafatı laureatları
2. Yapon dilində «incəsənət adamı» deyin.
Cavab: qeyşa
3. yunan dilindən tərcümədə «döşsüz» olsa da,biz azərbaycanlılar(xüsusilə də qızlar) onlarla fəxr edirik.
Cavab: amazonka
4.Bu ingilisin bir xarici laboratoriyaya gəlməsinin şərəfinə əvvəlcədən hər yeri silib-təmizləyirlər. Bu şəxs gəlib tərtəmiz laboratoriyanı görüb deyir: "Əgər mən belə yerdə işləsəydim,indiki şöhrətimi qazana bilməzdim".Söhbət kimdən gedir?
Cavab: Penisillini kəşf etmiş Aleksandr Fleminq
5. Skeptik bir insanın dediyinə görə…. -riyaziyyatı zəif bilən insanlar üçün vergidir. Nə?
Cavab: lotoreya
Ardı →

Sakura 14 mart turniri

1. Ginnesin rekordlar kitabında çoxlu sayda `ən-ən` xarakterli ən uzun, ən qısa, ən sürətli və s kimi rekordlar yer alır.Bu rekordlardan biri kokteyl üçün ən uzun borudur. Onun uzunluğu 10.3 metrdir. Uzun müddətdir ki bu rekord qalmaqdadır.Bəs bu rekord nə vaxt qırılacaq ?

2. Nikbin adam her yerdə yaşıl işığı görür, bədbin adam qırmızı, əsl müdrik adam isə… üstün tutur. (Süni İntellektin fikirlərindən)

3. Bilirsinizmi ki, ingilis atları fransız atlarından 1.3% güclüdürlər. Bunun səbəbi nədir?

4. Bir sıra Arika ölkələrində qadınlar ağır yükü başlarında daşıyırlar. Bəs nə üçün bu qadınlar əllərində və ya çiyinlərində daşımaqdansa üstünlüyü başlarına verirlər?

5.1960-cı ildə bir Milan şirkətinin sahibi oğlan uşaqlarına üzərində “Daimi əməkdaşlığınıza görə minnnətdarıqla” yazısı olan raqatka(sapand) hədiyyə etmişdir.Bu kompaniya hansı işlə məşğul olurdu

6.San Fransiskoda tez-tez məhşurlara bənzəyənlərin yarışı keçirilirdi. Bu yarışlardan birində Ç.Çaplin axırıncı yeri tutmuşdu.Ç.Çaplin hansı məhşura bənzəyənlərin arasında axırıncı yeri tutmuşdu

7. Bildiyimiz kimi U.Çörçill ortabab ressam idi.Bir dəfə çəkdiyi rəsmləri tanışlarına gostərəndə onlardan biri soruşur: Siz nə üçün həmişə mənzərələr çəkirsiniz? Çörçill nə cavab verir?

8. 1949-cu ildə Belçika kraliçası bir dəstə görkəmli Sovet musiqiçisini beynəlxalq müsabiqədə iştirak etməyə dəvət edir.Stalin teleqramin kənarında belə bir yazı yazır və o yazıdan sonra getmək istəyənlər kəskin azalır.Qeyd nədən ibarət idi?

9. Söylənən fərziyyəlerə görə,qaraqoyunlular qəbiləsində çoxlu mahnı və rəqslər mövcud idi, lakin bunlardan yalnız biri 19 əsrə gəlib çatmışdır.Həmin melodiya “Qarabağın ağırı adlanırdı”.Sonralar həmin melodiya iki hissəyə bölünür. Onlardan birincisi “Asta Qarabağı”adlanırdı. Bəs ikinci hissə necə adlanır?

10. Mirzə Camal Cavanşire görə “O xan idi biz onu şah elədik” Əhməd bəy Cavanşire görə “O özü-özünü xan elan etmişdi.Mən öz məğlubiyyətimlə bunu təsdiqlədim” Bəs Mirzə Adıgözəl bəyə görə bu deyim necə səslənir?


Davamı →

Sakura 14 mart turniri

Bugün,saat 18.00 tarixində Sakura-14 mart yarışı start götürür.
Yeni sistemə hələ keçilməyib, onun hazırlanması hələ bir müddət aparacaq. Bu gün də həmişəki kimi suallara ən tez düzgün verilən cavablar hesaba alınacaq. Sualların hazırlanmasında Wizarddan başqa Aza da iştirak edib.
Sacav verilmə mexanizmini bir dəqər dəyişmişik. Uyğun olaraq nömrələnən cavab-şərhlərə cavab yazmaq tələb olunur bu dəfə.Ətraflı məlumat üçün aşağıdakı şərhlərə baxın.
Bilənlər təkrarlasın,bilməyənlər də bilsin: İnternet Explorer brauzeri cavab vermək funksiyasını yerinə yetirə bilmir. Biz test edib görmüşük ki,ən yaxşı brauzer kimi Mozilla daha məsləhətdir. Əgər kimsə şərhə cavab vermək funksiyasını edə bilməsə, adi qaydada şərh yaza bilər. Müvəqqəti çətinliklər üçün icazə verilir.

Sual və onlara cavablara nümunə:
1. İki vur iki neçə edir?
2. böyürtkənin rəngi nədir?
3. ciyələk niyə qırmızıdır?

Davamı →

Sakura 8 mart turniri

1.Bir dəfə alman filosofu Kanta sual verirlər ki, onun fikrincə hansı qadınlar ərlərinə daha sadiq olurlar: «Qara saçlı qadınlar ya sarı saçlı?» Kant fikirləşmədən cavab verir: .......

2.Seçki kompaniyasının gedişində respublikaçılar partiyasının namizədi Teodor Ruzvelt kiçik şəhərləri gəzərək alovlu nitqlərlə çıxış edirmiş. Şəhərciklərin birində bir dəqiqədən bir- «Mən demokratam!» bağırıb onun əsəblərinə toxunan adamdan soruşur:
-Deyə bilərsinizmi ki, siz nə üçün demokratsınız?
-Çünki babam mənim demokrat olub, atam demokrat olub, indi də mən özüm demokratam.
-Yaxşı… əgər sizin babanız eşşək olsaydı, atanız da eşşək olsaydı, o vaxt siz nə olardınız?
Ruzveltin opponenti də söz altında qalmayıb Ruzvelti nəyi var sındırır. O nə cavab verir?

3.İdman gimnastikası üzrə yarışlarda heç idmançılara və onların hərəkətlərinə baxmadan belə yarışda qadınların yaxud kişilərin çıxış etdiyini bilmək olar. Necə?

4.Həddindən artıq kök olan bir nəfər Bernard Şounun arıqlığına işarə ilə: «Sizə baxanda adama ələ gəlir ki, Ingiltərə aclıq çəkir,» — deyir. Şou özünəməxsus tərzdə onun cavabını verir. O,nə cavab verir?
Ardı →

Sakura 8 mart turniri anonsu

Bugün axşam saat 19.00-da yeni yarış başlayır. Dünənki kimi, 15 dəqiqə vaxt verilir. Həmin müddət ərzində ən tez birinci düzgün cavab yazmışların xalları cəmlənir və qalib elan olunur. Qalib mükafatlandırılır(əgər xanımdırsa). istifadəçi yalnız bir ana şərh yaza və ona cavablar yaza bilər. Məsələn, suallar belədir:
1. iki vur iki neçə edir?
2. böyürtkənin rəngi nədir?
3. çiyələk niyə qırmızıdır və s.
4. Ən sürətli maşın hansıdır?
5. Kişilər üçün ən pis gün hansıdır?
Ardı →